BMT 70 min ukraynalıya maliyyə yardımı edəcək

BMT 70 min ukraynalıya maliyyə yardımı edəcək

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı idarəsi daha 70 minə yaxın ukraynalıya maliyyə dəstəyi verməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Sosial Siyasət Nazirliyi məlumat yayıb.

“Mövcud dövlət yardımına əlavə sosial dəstək tədbiri olaraq qurum müharibədən zərər çəkmiş 140 000 ukraynalıya üç ay ərzində 2220 qrivna məbləğində maliyyə dəstəyi verib. Bundan sonra da xüsusilə qış mövsümü ərəfəsində Ukrayna əhalisinin həssas kateqoriyalarında sosial müdafiənin təmin edilməsinə ehtiyac var”, – məlumatda bildirilib.

Teqlər: