BM TŞ bacarmadı, sıra Baş Assambleyanındır – Rusiya

BM TŞ bacarmadı, sıra Baş Assambleyanındır – Rusiya

BMT Təhlükəsizlik Şurası ona verilən ümidləri doğrultmadı, indi Fələstin-İsrail münaqişəsinin daha da gərginləşməsinin qarşısını almaq vəzifəsi Baş Assambleyanın üzərinə düşür.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

“Təəssüf edirik ki, Təhlükəsizlik Şurası ona olan ümidləri doğrultmadı. Kömək üçün hər şeyi etməyə çalışdıq. İndi Fələstin-İsrail münaqişəsi zonasında gərginliyin qarşısını almaq vəzifəsi Baş Assambleyanın üzərinə düşür”, – Nebenzya bildirib.

Qeyd edək ki, daha öncə Rusiya və Braziliyanın qətnamə layihəsi BMT TŞ-də qəbul edilməyib, ötən gün isə ABŞ-ın münaqişə ilə bağlı qətnaməsinə Rusiya və Çin tərəfindən veto qoyulub.

Teqlər: