Blumberq: Rusiyada ümumi səfərbərlik gözlənilir

Blumberq: Rusiyada ümumi səfərbərlik gözlənilir

Müharibənin ilk 100 günündə Rusiya hərbi potensialının böyük hissəsini istifadə edib, ona görə də bir neçə aydan sonra hücumu ləngitməli olacaq. Üstəlik, ölkədə ümumi səfərbərlik mümkündür.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Vəziyyətlə tanış olan yüksək rütbəli avropalı rəsmilərin sözlərinə görə, Rusiya müharibənin ilk 100 günündə hərbi potensialının böyük hissəsini istifadə edib. Hətta, Uzaq Şərqdə yerləşən köhnə tanklar da daxil olmaqla, canlı qüvvə və silahlar üçün ölkəsində ümumi araşdırma aparır. Nəticədə Rusiya hərbi əməliyyatları ləngidə bilər. Kreml kütləvi səfərbərlik elan etmək məcburiyyətində qala bilər”, – məlumatda deyilir.

Teqlər: