Bu gün (20 iyul) Bakı Ağır Cinayətlər Məhkəməsində Belarus da saxlanılaraq Azərbaycana gətirilən bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə A.Lapşin 3 il müdətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
Qeyd edək ki, prokuror A.Lapşinə 6 il 6 ay cəza istəmişdi.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib.
İkili vətəndaşlığı (İsrail və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.