“Bloomberg” agentliyi Rusiya və Belarusda fəaliyyətini
dayandırdığını elan edib.
AzerTimes-ın
məlumatına görə, agentlik bildirib ki, hər iki ölkədəki
müştərilərinə xəbər terminalı və e-ticarət platformaları da daxil
olmaqla maliyyə məhsullarına giriş qadağan ediləcək.
Qeyd olunub ki, bu qərar heç bir halda agentliyin internet
saytının işinə təsir göstərməyəcək.