Diplomatik protokola əsasən, ABŞ Dövlət katibi Entoni Blinken Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən qəbul edilib.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Daşkənddən qayıdarkən jurnalistlərin Blinkenlə görüşünün niyə baş tutmadığı ilə bağlı sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Blinkenin Türkiyəyə səfəri zamanı “yüksək səviyyədə qarşılanmaması” da media tərəfindən şişirdilərək təqdim edilmişdi.
Blinken Ankarada olarkən, Ərdoğan Rize vilayətində idi.