İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında Qüdsdə keçirilən danışıqlar təxminən üç saat davam edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının dəftərxanası məlumat yayıb.
“Görüş başa çatıb, müsbət və yaxşı əhvali-ruhiyyədə keçib”, – məlumatda bildirilib.
Dəftərxanadan əlavə ediblər ki, Baş nazir Qəzzada saxlanılan israilli əsrlərin azad edilməsi ilə bağlı ABŞ-ın son təklifinə sadiqliyini bir daha təsdiqləyib.