ABŞ Dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə E.Blinken X hesabında yazıb.
“ABŞ Ukraynanın müdafiəsi və gələcəyinə sadiqdir. Bu gün Münhendə Dmitri Kuleba ilə görüşdə ABŞ-ın bərpa səylərinə, eyni zamanda azad və firavan Ukraynaya dəstəyi haqqında danışdım”, – Blinken qeyd edib.