ABŞ Dövlət katibi Entoni Blinkenin təyyarəsi İsveçrədə xarab olub.
AzerTimes xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Blinkenin ABŞ-a qayıtmalı olduğu “Boinq 737” təyyarəsində texniki problem yaranıb. Təyyarədə oksigen sızması aşkarlanıb və problemi aradan qaldırmaq mümkün olmayıb.
Bu səbəbdən o, İsveçrəni planlaşdırılan vaxtdan gec tərk edib. Blinkenin başqa bir təyyarə ilə ABŞ-a qayıtdığı bildirilib.