ABŞ dövlət katibinin müavini Riçard Verma Ermənistanda akkreditə olunmuş diplomatik missiyaların bir neçə rəhbəri ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Verma X sosial şəbəkəsində yazıb.
“Ermənistanın dünya arenasında artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlar və Ermənistan rəsmiləri ilə isti və məhsuldar görüş oldu”, – o qeyd edib.
Verma birlikdə regional sabitliyə və təhlükəsizliyə töhfə verməyə çalışdıqlarını bildirib. O hesab edir ki, bu, davamlı tərəfdaşlığın və ümumi rifahın gələcəyidir.
Qeyd edək ki, Verma 17 iyundan İrəvanda səfərdədir. O, Prezident Xaçatryan, xarici işlər naziri Mirzoyan, Baş naziri Nikol Paşinyanla görüşüb.