Blinkendən XİN başçılarının görüşü barədə açıqlama

Blinkendən XİN başçılarının görüşü barədə açıqlama

Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tvitterdə yazıb.

“Dialoq davamlı sülhün açarıdır”, – Blinken qeyd edib.

Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.

Danışıqlar iyunun 29-dək davam edəcək.

Teqlər: