Qərb ölkələri anlayırlar ki, Ukraynaya hərbi yardım tədarükündə vaxt itirə bilməzlər. Yaxın zamanda döyüş meydanına daha çox silah göndəriləcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Yaxın gələcəkdə ABŞ və onlarla başqa ölkə Ukraynaya lazım olan yardımı göstərəcək. Biz sizə Rusiyanın hücumlarının qarşısını almağa, onların sizə hücumunu çətinləşdirməyə və Qara dənizin açıq qalmasına kömək edəcəyik”, – deyə Blinken Kiyevdə bildirib.