Blinkendən Türkiyə açıqlaması: Rusiyaya cavab kimi…

Blinkendən Türkiyə açıqlaması: Rusiyaya cavab kimi…

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edib.

AzerTimes təbrikin mətnini təqdim edir:

“Türkiyə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümü münasibətilə ABŞ adından Türkiyə xalqını təbrik edirəm. Türkiyə ilə ABŞ arasındakı münasibətlər həyati əhəmiyyət kəsb edir. İki ölkə arasındakı dərin mədəni və ticarət əlaqələrindən başqa, regional və qlobal sülh, təhlükəsizlik, eyni zamanda rifahın təşviq edilməsi NATO müttəfiqləri olaraq birlikdə həyata keçirdiyimiz işlərə əsaslanır. Rusiyanın davam edən hücumuna cavab olaraq Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini yüksək qiymətləndiririk”.

Teqlər: