Blinkendən gözlənilməz: Serbiyanı müdafiə etdi…

Blinkendən gözlənilməz: Serbiyanı müdafiə etdi…

Kosovanın bələdiyyə binalarını ələ keçirməsi Serbiya ilə münasibətləri normallaşdırmaq səylərini pozaraq, gərginliyi artırıb.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“ABŞ Kosova hökumətinin avropalı tərəfdaşlarının tövsiyələrinə zidd olaraq regionun şimalında bələdiyyə binalarını zorla ələ keçirmək hərəkətlərini qətiyyətlə pisləyir. Bu addımlar gərginliyin kəskin və lüzumsuz artmasına gətirib çıxardı, Kosova ilə Serbiya arasında münasibətləri normallaşdırmaq səylərimizə xələl gətirdi və Kosova ilə ikitərəfli münasibətlərimizə təsir göstərəcək”, – Blinken vurğulayıb.

Blinken Kosova Baş naziri Albin Kurtini kursunu dəyişməyə və gərginliyin artmasına və münaqişənin daha da dərinləşməsinə səbəb ola biləcək hər hansı növbəti hərəkətlərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, Kosovanın şimalında Kosova serbləri ilə polis arasında toqquşma baş verib. Polis serblərə qarşı səs bombaları və su şırnaqlarından istifadə edib. Kosova xüsusi təyinatlıları serblərin qurduğu barrikadaları dağıdıblar.

Teqlər: