Blinkendən Əliyevə: Bu, nələrə nail ola biləcəyimizin sübutudur

Blinkendən Əliyevə: Bu, nələrə nail ola biləcəyimizin sübutudur

“Əsrin müqaviləsi” bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.

AzerTimes xəbər verir ki, bu, ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevi və Azərbaycan xalqını “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təbrikində yer alıb.

“Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.

Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq”, – Blinken qeyd edib.

Teqlər: