ABŞ Dövlət katibi Entoni Blinken Laosda Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qeyd olunub ki, Blinkenlə Yi ikitərəfli, regional və qlobal məsələlər üzrə müzakirələr aparıblar.
Həmçinin məlumatda bildirilib ki, Blinken Çinin Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstəkdən ciddi narahatlığını çatdırıb:
“Çin Avropa təhlükəsizliyinə qarşı bu təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməsə, ABŞ bunun üçün müvafiq tədbirlər görməyə davam edəcək”.