ABŞ Dövlət katibi Entoni Blinken yenidən Təl-Əvivə qayıdıb. Onun İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail hərbi kabineti ilə görüşü gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ 7 oktyabr hücumu zamanı HƏMAS-ın, Amerika vətəndaşları da daxil olmaqla, götürdüyü girovların azad edilməsinə kömək etmək üçün regional tərəfdaşları ilə işləyir.
Qeyd edək ki, 12 oktyabrda İsrailə səfər edən Blinken buradan ərəb ölkələrinə yollanmışdı.