ABŞ Dövlət katibi Entoni Blinken yaxın vaxtlarda Çinə səfər edə bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Katib Blinken keçən il Çinə səfər edən ilk administrasiya rəsmisi idi və onun həmkarı ABŞ-a cavab səfəri etdi. Ona görə də o yaxın gələcəkdə Pekinə səfər edə bilər”, – Sallivan bildirib.