ABŞ Dövlət katibi Entoni Blinken Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, tərəflər Cənubi Qafqazda sülhün qorunması imkanlarını da müzakirə ediblər:
“Blinken və Fidan Qəzzada girovların azad edilməsini təmin edəcək atəşkəsin əldə edilməsi səylərini, həmçinin Qəzzaya humanitar yardımın artırılmasının və regional qeyri-sabitliyin qarşısının alınmasının vacibliyini müzakirə ediblər. Onlar həmçinin Qafqaz regionunda sülh və rifahın dəstəklənməsi imkanlarından danışıblar”.