Blinken və Çavuşoğlu NATO və Ukraynanı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda görüşərək NATO-da əməkdaşlıq,
Ukraynadakı vəziyyət və bir sıra digər məsələləri müzakirə
ediblər.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin
mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, E.Blinken və M.Çavuşoğlu iki ölkənin NATO
tərəfdaşları və müttəfiqləri kimi əmin əməkdaşlığını
təsdiqləyiblər.

“ABŞ və Türkiyə aktual geosiyasi problemləri həll etmək üçün
birgə işləmək öhdəliyini təsdiqləyiblər”, – deyə açıqlamada
bildirilir.

Qeyd edilir ki, E.Blinken və M.Çavuşoğlu iki ölkə arasında
“strateji mexanizm çərçivəsində ikitərəfli əməkdaşlığı
gücləndirmək” barədə razılığa gəliblər.

ABŞ dövlət katibi və Türkiyə XİN rəhbəri təhlükəsizlik
məsələləri, terrorizmlə mübarizə, enerji və ərzaq təhlükəsizliyi,
iqlim dəyişikliyi ilə mübarizə, ticarət əlaqələrinin
möhkəmləndirilməsi üzrə əməkdaşlığı gücləndirmək üçün metodları və
mümkün addımları müzakirə ediblər” və “bir sıra regional məsələlər
üzrə qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa
gəliblər”.