Blinken Ukraynanın yeni XİN başçısı ilə danışdı

Blinken Ukraynanın yeni XİN başçısı ilə danışdı

ABŞ Dövlət katibi Entoni Blinkenlə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Bildirilib ki, onlar diplomatik səviyyədə gələcək ikitərəfli əlaqələri müzakirə ediblər və dövlət katibi BMT Baş Assambleyasının açılış həftəsi üçün Ukraynanın planlaşdırdığı tədbirlərə ABŞ-ın dəstəyini təsdiqləyib.

Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpasında yardımı davam etdirəcək.

Teqlər: