Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.
“Beynəlxalq aləmdə baş verən hadisələrlə yanaşı, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır. Dövlət Departamenti bu məsələ ilə məşğul olmağa davam edəcək”, – Patel qeyd edib.