Blinken Türkiyəyə təşəkkür etdi

Blinken Türkiyəyə təşəkkür etdi

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Blinken Türkiyəyə Taxıl Təşəbbüsünün bərpasını təmin etmək səylərinə görə təşəkkür edib.

Bildirilib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq NATO-nun koordinasiya və birliyinin daha da yaxşılaşdırılması yollarını da müzakirə ediblər.

Teqlər: