Blinken: Türkiyənin buna sahib olması vacibdir

Blinken: Türkiyənin buna sahib olması vacibdir

Modernləşdirilmiş F-16 qırıcılarının Türkiyədə olması ABŞ və NATO-nun maraqlarına uyğundur.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Biz nə istəyirik? NATO üzvlərinin Alyansı güclü etmək üçün lazım olan texnologiyaya sahib olmasına əmin olmaq”, – o bildirib.

O, Ankaranın F-16-ların tədarükü ilə bağlı Konqresin hər iki palatasının ayrı-ayrı üzvlərinin etirazlarının necə aradan qaldırılacağına da münasibət bildirib:

“İsveçin NATO-ya müraciəti və Türkiyə üçün F-16-ların tədarükü həmişə ayrı-ayrı məsələlər kimi nəzərdən keçirilir. Burada vacibdir ki, NATO üzvləri birgə və əlaqəli şəkildə hərəkət etsin. Türkiyənin bu texnologiyalara sahib olması vacibdir”.

Teqlər: