Blinken Türkiyə tərəfindən Montrö Konvensiyasının həyata keçirilməsinə görə Çavuşoğluya təşəkkür edib

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu ilə telefon danışığında Ukraynadakı vəziyyətlə
bağlı Montrö Konvensiyasının icrasına görə Ankaraya təşəkkür
edib.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departametinin
mətbuat xidmətindən bildirilib.

“Dövlət katibi E.Blinken Türkiyənin Montrö Konvensiyasını icra
etməyə davam etməsi və xarici işlər naziri Çavuşoğlunun məsələ ilə
bağlı son açıqlamalarına görə minnətdarlığını bildirib. Dövlət
katibi həmçinin Ukraynanın, onun suverenliyi və ərazi bütövlüyünün
qorunmasında güclü dəstəyə görə Türkiyəyə təşəkkür edib”, – deyə
mətbuat xidmətindən bildiriblər.