ABŞ Dövlət katibi Entoni Blinken sabah İsrailə səfər edəcək.
AzerTimes xəbər verir ki, Blinkenin İsrail Baş naziri Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşü gözlənilir.
Məlumata görə, Blinken Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etməyi planlaşdırır.