ABŞ Dövlət katibi Entoni Blinken Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
O bildirib ki, tərəflər Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd cəhdini müzakirə ediblər:
“Dövlət katibi Slovakiya ilə həmrəy olduğunu bildirib və baş nazirə tezliklə sağalmasını arzulayıb. Blinken Amerika və slovak xalqları arasında əlaqələrin möhkəmliyini vurğulayıb. O, bütün formalarda siyasi zorakılığı pisləyib”.