ABŞ Dövlət katibi Entoni Blinken iyunun 10-u Misir və İsrailə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilir ki, Blinken əvvəlcə Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Ardınca səfər cədvəlinə uyğun olaraq İsrailə gedib, orada Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə danışıqlar aparacaq.
Məlumata görə, Vaşinqton Qəzzada atəşkəsə nail olmaq və müharibənin genişlənməsinin qarşısını almaq üçün HƏMAS və İsrailə təzyiqləri artırmağa çalışır.