ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Səfəri çərçivəsində Entoni Blinkenin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və xarici işlər naziri Feysal bin Fərhan əl-Səudla görüşü gözlənilir.
Qeyd edək ki, bu, Blinkenin İsrail-HƏMAS münaqişəsi başlayandan Yaxın Şərqə 5-ci səfəridir.