Blinken: Rusiya artıq savaşı uduzub!

Blinken: Rusiya artıq savaşı uduzub!

Rusiya Ukraynadakı müharibəni artıq uduzub.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi, özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar olub. Kəşfiyyatımızın məlumatına görə, Rusiya qoşunları aşağı əhval-ruhiyyə, yüksək ölüm nisbəti, texniki problemlər və döyüş meydanındakı real vəziyyət barədə onlara məlumat verməkdən imtina edən rəhbərlikdən dolayı əzab çəkirlər”, – deyə Dövlət katibi bildirib.

Teqlər: