ABŞ Dövlət katibi Entoni Blinken BMT Baş katibi Antonio Quterreşlə görüşəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak etmək üçün fevralın 23-24-də Nyu Yorka gedəcək”, – məlumatda bildirilib.
Blinken və Quterreşin taxıl sazişi ilə yanaşı, Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcəkləri gözlənilir.