Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Tərəflər Qarabağdakı son vəziyyəti müzakirə ediblər. Dövlət katibi vəziyyətin gərginləşməsindən dolayı narahatlığını ifadə edib və sabitliyin əldə olunması üçün çalışmağa hazır olduğunu bildirib.