Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
N.Paşinyan ABŞ və şəxsən Blinkenin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanmasındakı rolunu yüksək qiymətləndirdiyini deyib.
Tərəflər Praqa görüşünə də toxunub və Azərbaycanla Ermənistan arasında sülh sazişinin BMT Nizamnaməsi və 1991-ci il Almatı bəyannaməsinə uyğun imzalanmasının, eyni zamanda, delimitasiya, AB missiyasının sərhəd monitorinqinin vacibliyindən danışıblar. Tərəflər həmçinin Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələlərinə də toxunublar.
Paşinyan həmçinin Türkiyə lideri Ərdoğanla görüşü haqda təəssütlarını Blinkenlə bölüşüb.
Entoni Blinken ABŞ-ın danışıqlar prosesinə, eləcə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə davam etməyə hazır olduğunu bildirib.