Blinken Nulandı Nigerə xunta ilə görüşə göndərdi

Blinken Nulandı Nigerə xunta ilə görüşə göndərdi

ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland Nigerdə hərbi xuntanın liderləri ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Nulandla baş qərargah rəisi, general Mussa Salau Barmu və bir neçə polkovnik arasında görüş keçirilib.

“Son dərəcə səmimi və bəzən olduqca mürəkkəb keçən görüş iki saatdan çox davam edib. Nuland Nigerdə hərbi xunta nümayəndələri ilə görüşən ilk yüksək rütbəli amerikalıdır. Onun səfəri dövlət katibi Entoni Blinkenin istəyi ilə baş tutub”, – məlumatda qeyd olunub.

Teqlər: