ABŞ Dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Xose Fernandes 8-10 fevral tarixlərində Moldovaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Fernandes yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşərək, enerji böhranından, inflyasiyanın yüksəlməsindən və Ukraynadakı münaqişənin mənfi iqtisadi təsirindən çıxmaq üçün tədbirləri müzakirə edəcək. O, həmçinin Moldovanın Avropaya inteqrasiyası ilə bağlı məsələləri qaldıracaq.