ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Hindistanın baş naziri Narendra Modi arasında görüş baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər qlobal çağırışlarla bağlı ortaq mövqelərini təsdiqləyib.
Bundan başqa, Fələstin-İsrail münaqişəsini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Siyasətçilərin görüşü Hindistanın Yeni Dehli şəhərində baş tutub.