Blinken Miçotakislə razılığa gəldi

Blinken Miçotakislə razılığa gəldi

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və ABŞ dövlət katibi Entoni Blinken müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstanın baş nazirinin rəsmi saytında məlumat verilib.

Məlumatda ikitərəfli münasibətlərin “əla” vəziyyəti qeyd edilib və müdafiə sahəsində əməkdaşlıqla bağlı gələcək müsbət addımların atılacağı bildirilib.

Blinken və Miçotakis həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Yunan baş nazir Qəzza zolağına humanitar yardımın maneəsiz axınının təmin edilməsinin vacibliyini bildirib və böhranın həllinin yalnız siyasi yolla ola biləcəyini qeyd edib.

Teqlər: