Blinken Lavrovu gələn həftə Avropada görüş keçirməyə dəvət edib

ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri
Sergey Lavrova gələn həftə üz-üzə görüş keçirmək təklifi ilə məktub
göndərdiyini bildirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə E.Blinken BMT Təhlükəsizlik Şurasının
iclasında bildirib.

“Mən bu gün Lavrova məktub göndərərək böhranın münaqişəsiz həlli
üçün atacağımız addımları müzakirə etmək üçün gələn həftə Avropada
görüşmək təklifi ilə məktub göndərdim”, – deyə dövlət katibi qeyd
edib.

O, NATO-Rusiya Şurası və ATƏT Daimi Şurası çərçivəsində
görüşlərin keçirilməsini təklif etdiyini deyib.

Teqlər: