ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Entoni Blinken məlumat verib.
Onun sözlərinə görə, söhbət səmimi və sadə olub, tərəflər bir sıra məsələlərlə yanaşı, məhbusların mübadiləsini də müzakirə ediblər.
Amerika dövlət katibi həmçinin bildirib ki, o, rusiyalı nazirə Ukrayna regionlarının Rusiyanın tərkibinə daxil olacağı halda ABŞ-ın əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə xəbərdarlıq edib.