Blinken Lavrovdan tələb etdi: Müharibəni dayandırın!

Blinken Lavrovdan tələb etdi: Müharibəni dayandırın!

ABŞ Dövlət katibi Entoni Blinken G20 sammiti çərçivəsində söhbət zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovdan Ukraynada müharibənin dayandırılmasını istəyib.

AzerTimes xəbər verir ki, bu barədə Blinken özü jurnalistlərə açıqlamasında deyib.

“Xarici işlər nazirinə dedim. Bu təcavüzkarlığı dayandırın, ədalətli və davamlı sülhə gətirib çıxara biləcək məzmunlu dialoqu aparın”, – deyə dövlət katibi bildirib.

Teqlər: