ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.
Bildirilib ki, Blinken Kulebaya Rusiya xarici işlər naziri Lavrovla söhbəti barədə məlumat verib, həmçinin ABŞ-ın Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü şəksiz şəkildə dəstəklədiyini vurğulayıb.
ABŞ və Ukraynanın xarici əlaqələr idarələrinin rəhbərləri həmçinin Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması haqqında sazişi müzakirə ediblər.