Blinken köməkçisini Mərkəzi Asiyaya göndərir

Blinken köməkçisini Mərkəzi Asiyaya göndərir

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu 22-27 aprel tarixlərində Qırğızıstan və Tacikistana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Lu bir-biri ilə əlaqəli və çiçəklənən Mərkəzi Asiya yaratmaq üçün geniş ümumi maraqları müzakirə etmək və regional əlaqələri gücləndirmək niyyətində olan ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Bişkek və Düşənbədə dövlət katibinin köməkçisi ABŞ-ın Qırğızıstan və Tacikistanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə davamlı sadiqliyini vurğulayacaq”, – məlumatda qeyd olunub.

Teqlər: