Blinken jurnalistə görə Lavrova zəng etdi

Blinken jurnalistə görə Lavrova zəng etdi

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon zəngi edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Lavrov və Blinken “Voll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviçin saxlanmasını müzakirə ediblər:

“Lavrov Qerşkoviçlə bağlı məsələdə Rusiya hakimiyyətinin qərarlarına hörmət edilməsinin vacibliyinə yönəldib. O və ABŞ dövlət katibi ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə toxunublar”.

Lavrov Blinkenə deyib ki, Vaşinqton və Qərb mediasının Qerşkoviç işinə siyasi çalar vermək niyyəti ilə ajiotaj yaratması qəbuledilməzdir, Qerşkoviçin sonrakı taleyini məhkəmə müəyyən edəcək.

Teqlər: