ABŞ Dövlət katibi Entoni Blinken səfər zamanı İsrail hökumətindən humanitar yardımların çatdırılması və girovların azad edilməsi üçün hərbi əməliyyata fasilə verilməsini istəyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Blinken İsrailə gələndə daha çox “humanitar fasilə” üçün təkid edəcək”, – deyə bildirilib.
Qeyd edək ki, E.Blinken 2-10 noyabr tarixlərində İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcək.