İsrail və HƏMAS arasında hazırkı danışıqlar girovların qaytarılması, atəşkəsə nail olmaq üçün bəlkə də sonuncu fürsətdir.
AzerTimes xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Bu, 2023-cü il oktyabrın 7-dən bəri İsrailə və Yaxın Şərqə doqquzuncu səfərimdir və bu, həlledici, yəqin ki, ən yaxşı məqamdır, bəlkə də, girovları evlərinə qaytarmaq, atəşkəsə nail olmaq üçün son fürsətdir”, – Blinken bildirib.