ABŞ dövlət katibi Entoni Blinken İsrail ilə Fələstin arasında atəşkəsin əldə edilməsində Misirin vacib rolunu vurğulayıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu E.Blinken Qahirədə Misirin prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı deyib.
Dövlət katibi bildirib ki, ABŞ prezidenti Cozef Bayden İsrail və HƏMAS, Qəzza zolağındakı digər qruplaşmalar arasında atəşkəsin dəstəklənməsi, həmçinin Amerika vətəndaşlarının təxliyəsində Əbdülfəttah əs-Sisinin əsas vasitəçilik səyləri yüksək qiymətləndirib.
Dövlət katibi iki ölkə arasında möhkəm strateji əməkdaşlığın olmasını və ABŞ prezidentinin bu əlaqələrə sadiq qaldığını təsdiq edib.
E.Blinken və Misir prezidenti həmçinin Liviya və İraqdakı vəziyyəti də müzakirə ediblər.