Blinken İranı təcavüzkarlıqda ittiham etdi

Blinken İranı təcavüzkarlıqda ittiham etdi

Kürdüstan Regional Hökuməti yaxın tərəfdaşdır və ABŞ İranın təcavüzünü açıq şəkildə pisləyir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken X platformasında paylaşım edib.

Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində biri uşaq olmaqla, bir ailənin 5 üzvü ölüb.

Teqlər: