Blinken: Həm Bakı, həm də İrəvan buna çalışır

Blinken: Həm Bakı, həm də İrəvan buna çalışır

ABŞ həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində həyati məqam oldu.

AzerTimes xəbər verir, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşü ilə bağlı verdiyi bəyanatda deyilib.

“BMT Baş Assambleyasında və komandalarımız arasında sonrakı danışıqlarda Vaşinqtonda başlatdığımız çox səmərəli dialoqu davam etdirdiklərinə görə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə təşəkkür edirik. ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq real davamlı sülhə nail olmağın ən yaxşı yoludur və biz bunu dəstəkləməkdən çox məmnunuq. Qarabağda 30 ildən artıqdır davam edən münaqişənin böyük insan və maddi itkilərə səbəb olduğunu söyləməyi də ədalətli sayıram: itkilər, dərin yaralar. Ancaq indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə doğru çalışmaq üçün real və cəsarətli addımlarıdır. Hər iki ölkə Cənubi Qafqazın daha parlaq gələcəyi üçün çalışır”, – o bildirib.

Teqlər: