Blinken G7 ilə Rusiyanı müzakirə etdi

Blinken G7 ilə Rusiyanı müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken G7 xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrellə Rusiyadakı vəziyyəti müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Millerin danışıqların nəticələri barədə yazılı bəyanatında bildirilib.

“Dövlət katibi Entoni Blinken Rusiyada yaranan vəziyyəti müzakirə etmək üçün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı aparıb”, – deyə bəyanatda bildirilib.

Teqlər: