Blinken G20-nin Əfqanıstan üzrə görüşündə iştirak edəcək

ABŞ dövlət katibi Entoni Blinken bu gün G20-nin nazirlər görüşündə iştirak edəcək.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ-ın BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakına həsr olunmuş xüsusi brifinqdə Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsi deyib.

Nümayəndə bildirib: “Dövlət katibi İtaliyanın başçılığı ilə G20-nin virtual formatda keçiriləcək nazirlər görüşündə iştirak edəcək. Builki görüşdə Əfqanıstan məsələsi müzakirə olunacaq”.

O əlavə edib ki, tədbir zamanı nazirlər ölkədəki vəziyyətin müxtəlif aspektlərini, o cümlədən Əfqanıstanlı qadınların təhsil məsələsini dəstəkləməyi müzakirə edəcəklər.


Nümayəndə qeyd edib ki, daha sonra dövlət katibi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri ilə də görüşəcək. E.Blinken həmçinin yaponiyalı və koreyalı həmkarları ilə üçtərəfli görüşdə iştirak edəcək.

Proqramın yekunu olaraq dövlət katibi beynəlxalq “beşliyin” (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) İranın nüvə proqramı üzrə sazişin bərpa edilməsinin müzakirə olunacağı iclasına qatılacaq.